Sayfalar

24 Haziran 2011 Cuma

"'ATRAKSIYON BAYRAMI'"

        Başınızı çox ağrıtmayacam qisaca olaraq bildirmek isteyirem ki Hörmətli Prezidentin Xarici Siyasətinə qarışmaq istəmirəm amma daxili siyasəti nəyə görəsə məni istər istəməz maraqlandırır və buna əsaslanaraq da yeni ATRAKSİYON Siyasetini izledim ve sizlərlə paylaşmaq istədim.
   
        İrad tutmayırsınızsa belə baslamaq istəyirəm:
   
        Hörmətli Prezidentin ağıllı daxili siyasəti parklar, körpülər, heykəllər və nəhayət yumurtadan cixaraq şəhər mərkəzindəki insanlarin istirahət mərkəzi olan Bulvardaki ATRAKSİYONLAR a daşmaga başlamışdır
 
            Necə ???   Açıqlayım  :
         
            Yay aylarının gəlişı ilə əlaqədar olaraq həftənin 1 ci günləri saat 9 dan 12 yə dək yəni Bulvarda heçkimin olmadığı bir gün və saatda ATRAKSİYONLARda azyaşlı uşaqların əylənməsini özü üçün əyləncə seçməsi  XALQİ ƏLƏ SALMAG deyilmi??

           Düşünürəm ki bu BAYRAM payız aylarına qədər davam edəcək və orda Uşaqların pulsuz əyləncəyə qatılmaq üçün biri birlərini əzməsi, Qadilarinsa saçyoldusunu mobessa kameralarindan oturub Xalgin Malini Menimseyerek əldə ettiyi hansisa Xarici Ölkədəki Malikanəsindən izleyerk ve balaca Heydərə izlədərək; xalqla belə oynamaq lazimdir, bunları bu günə salmaq lazımdır. deməsi və yanındakılarında  bu siyasəti dəstəkləyərək Brawo, Afferin, Əla, Çox gözəl, bəyəndim, like..ve.s. demələri, shaq-shaq alqişlamaları və  köpük partisi qeçirmələrinə səbəb olacaq.
     
           Anadolu Türkçəsində Atraksiyona "Dönmə Dolab" deyirlər. eee bunlarda o qədər dönüblər ki ( Elə Anadolu Türkcəsində dönmə nə oldugunu yəqinki haminiz bilirsiniz ) Artiq Xalqin Basini döndürmək istyirlər

    EY XALQIM yeni BAYRAM icad edildi 
                         
                                       ''DÖNMƏ DOLAB''
                                                      "BAYRAMİNİZ MÜBARƏK''   ( Həftədə bir gün)

"'ATRAKSIYON BAYRAMI'"

16 Haziran 2011 Perşembe

Qara gün

Xalqın qara taleyinə qara yazılan, ən qarası, hətta qap-qarası bu gün: yəni 15 iyun Dürtülüş günüdür. Bu günün qaraltısı sadəcə bu günü deyil, təqvimdə sıralanmış digər 364 günü də o qədər qaraltdı ki, bu qaraltı təqvimlərdən səma üzərinə yansıyaraq başımız üstünü bürüyən buludların qaralmasına da səbəb oldu. Xalq bu günədək o buludların kölgəsi ilə qaranlıqlara bürünmüş taleyinə qara taleh, qara yazı kimi baxmaqda davam edir.
Bu günün qara tarixçəsi Heydər Əliyevin qara qızılımız olan nefti əlinə sürətərək İlham Əliyevin üzünə çəkməsi başladı. Qaralan gözləri ilə qara rəngələr çərçivəsindən xalqa qara camaat kimi baxması ilə başladı bu tarixçə.
Bu qara günlər daha sonralar həyatımıza parklar, yollar, gecə vaxtı Heydər heykəllərinin qaraltısının ürəyimizə qara yara salması ilə davam etdi.
Bu xalqın üzərindən bu günləri silərək yeni-yeni rəngarəng günləri bəxş etmək üçün hətta Qarabalaya da müraciət etməyi təklif edərdim. Qara Bayramınız mübarək!
15 iyun Dürtülüş günü.