Sayfalar

16 Haziran 2011 Perşembe

Qara gün

Xalqın qara taleyinə qara yazılan, ən qarası, hətta qap-qarası bu gün: yəni 15 iyun Dürtülüş günüdür. Bu günün qaraltısı sadəcə bu günü deyil, təqvimdə sıralanmış digər 364 günü də o qədər qaraltdı ki, bu qaraltı təqvimlərdən səma üzərinə yansıyaraq başımız üstünü bürüyən buludların qaralmasına da səbəb oldu. Xalq bu günədək o buludların kölgəsi ilə qaranlıqlara bürünmüş taleyinə qara taleh, qara yazı kimi baxmaqda davam edir.
Bu günün qara tarixçəsi Heydər Əliyevin qara qızılımız olan nefti əlinə sürətərək İlham Əliyevin üzünə çəkməsi başladı. Qaralan gözləri ilə qara rəngələr çərçivəsindən xalqa qara camaat kimi baxması ilə başladı bu tarixçə.
Bu qara günlər daha sonralar həyatımıza parklar, yollar, gecə vaxtı Heydər heykəllərinin qaraltısının ürəyimizə qara yara salması ilə davam etdi.
Bu xalqın üzərindən bu günləri silərək yeni-yeni rəngarəng günləri bəxş etmək üçün hətta Qarabalaya da müraciət etməyi təklif edərdim. Qara Bayramınız mübarək!
15 iyun Dürtülüş günü.

Hiç yorum yok: